ABŞ-ın 81 yaşlı lideri Co Bayden yerişini tarazlamaq üçün hər gün balans məşqləri edir.
Azpost.info bildirir ki, bu barədə “Daily Mail” yazır.
Bayden bu məşqlərə təxminən 45 dəqiqə vaxt ayırır, Çox vaxt məşq fizioterapevtin iştirakı ilə baş verir.
“Tarazalıq məşqləri prezidentə getdikcə yöndəmsiz olan yerişinə kömək etmək üçündür”-deyə məlumatda vurğulanır.
Bundan əlavə, Baydenin köməkçiləri nəşrə bildiriblər ki, ABŞ prezidenti adətən saat 07:00-da Ağ Evin ikinci mərtəbəsindəki yataq otağında oyanır. Otaqda o və pişiyi olur.
Daha əvvəl bildirilmişdi ki, Bayden ictimai yerlərdə müntəzəm yıxılması üzündən daha çox tennis ayaqqabısı geyinməyə başlayır.
Azpost.info