Bayden yerişini düzəltmək üçün tarazlıq məşqləri edir

ABŞ-ın 81 yaşlı lideri Co Bayden yerişini tarazlamaq üçün hər gün balans məşqləri edir.

Azpost.info bildirir ki, bu barədə “Daily Mail” yazır.

Bayden bu məşqlərə təxminən 45 dəqiqə vaxt ayırır,  Çox vaxt məşq fizioterapevtin iştirakı ilə baş verir.

“Tarazalıq məşqləri prezidentə getdikcə yöndəmsiz olan yerişinə kömək etmək üçündür”-deyə məlumatda vurğulanır.

Bundan əlavə, Baydenin köməkçiləri nəşrə bildiriblər ki, ABŞ prezidenti adətən saat 07:00-da Ağ Evin ikinci mərtəbəsindəki yataq otağında oyanır. Otaqda o və pişiyi olur.

Daha əvvəl bildirilmişdi ki, Bayden ictimai yerlərdə müntəzəm yıxılması üzündən  daha çox tennis ayaqqabısı geyinməyə başlayır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.