“Baydenin şüuru bulanıqdı, nə dediyini bilmir”- Rusiyalı senator

ABŞ prezidenti Co Bayden nə dediyini və nə etdiyini bilmir.

Azpost.info xəbər verir ki, bunu Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadə işlətməsini şərh edən senator Ayrat Gibatdinov deyib.

Onun sözlərinə görə, şüurunun dumanlanması Baydenə ölkəni effektiv şəkildə idarə etməyə imkan vermir: “Bayden nə dediyinin, nə də etdiyinin fərqində deyil. Şüurunun bulanıq olması göstərir ki, o, ölkəni idarə edə bilməz. Onun çoxdan ölmüş insanlarla necə ünsiyyət qurması ilə bağlı hekayələri isə onun hələ də “soyuq müharibə”nin kabuslarına aludə olduğunu ortaya qoyur”.

Gibatdinov qeyd edib ki, ABŞ dünyada nüvə təhlükəsizliyinə təhlükə yaradan yeganə ölkədir. Senatorun fikrincə, Vaşinqtondan Moskvaya ünvanlanan heç bir bəyanat ABŞ bayrağının milyonlarla insanın qanına boyanması faktını dəyişməyəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.