Bayram günlərində 7 nəfərin meyiti aşkarlanıb –FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 154 halda yanğına çıxış, 28 köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 14-ü azyaşlı olmaqla 32 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Əvvəlki məqalə

9 illik təhsil bazasından kolleclərə tələbə qəbulu elan edilib

Sonrakı məqalə

Rusiya XİN xaricə səfərlər planlaşdıran ruslara müraciət edib