“Beynəlxalq dəstəyin olmaması HƏMAS-ın on il əvvəl məhv edilməsinin qarşısını aldı”- İsrail Baş naziri

“Dünya ictimaiyyətindən dəstəyin olmaması HƏMAS hərəkatının 10 il əvvəl aradan qaldırılmasına imkan vermədi”.

Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

“Ölkə daxilində dəstək olmadı. Açığı, beynəlxalq aləmdən də dəstək gəlmədi. Bu addımları atmaq üçün həmin tərəflərin və ya ən azı birinin dəstəyi lazım idi. Hesab edirəm ki, bu, 7 oktyabr qırğınından sonra aydın oldu”, – Baş nazir bildirib.

Azpost.info

Əvvəlki məqalə

“İsrailin İranla qarşı-qarşıya gəlməyə nə gücü, nə də imkanları var”

Sonrakı məqalə

“İsrail yalnız beynəlxalq təzyiqlə üzləşəcəyi təqdirdə humanitar normalara əməl edəcək”