Beynəlxalq film festivalı onlayn keçiriləcək

Dünyanın ən böyük film festivalları arasında “Youtube”da 10 günlük “We Are One: A Global Film Festival” (Biz birik: qlobal film festivalı) adlı müştərək film festivalı keçirmək barədə razılıq əldə edilib.

“Report” “Deadline”yə istinadən xəbər verir ki, bu layihəyə Kann, Berlin, London (BFİ), Karlovı Varı, Nyu-York, San-Sebastian, Toronto, Venesiya, habelə “Sundance” və “Tribeca” kimi nüfuzlu festivallarla yanaşı, hazırkı koronavirus pandemiyası üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış başqa festivallar da qoşulub.

Mayın 29-dan iyunun 7-dək davam edəcək onlayn festival çərçivəsində həm yeni, həm də klassik filmlər nümayiş etdiriləcək. Bununla belə 2020-ci il festivalları üçün nəzərdə tutulmuş ekran əsərləri müəllif hüququnun qorunması xatirinə göstərilməyəcək.

Festivalın tamaşaçıları Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə fonduna ianələr vermək fürsəti qazanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi yekunlaşıb

Sonrakı məqalə

Azərbaycanda 82 300 ailəyə aprel ayı üzrə ünvanlı yardım ödənilib