“Beynəlxalq informasiya məkanında inhisarçlıq var” –Prezidentin köməkçisi

“Təəssüf ki, beynəlxalq informasiya məkanında inhisarçlıq var. Bu məkan heç də ədalətli və obyektiv jurnalistika prinsipləri və informasiyaların bölüşüdürülməsi parametrləri üzrə fəaliyyət göstərmir”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Azərbaycan həqiqətlərinin dünya informasiya məkanına çıxarılması prosesi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, burada ölkəmizə qarşı çirkli kampaniyaların aparılması, Azərbaycan həqiqətlərinin dünya informasiya məkanına çıxmasının qarşısının alınması tendensiyaları var: “Buna baxmayaraq, 44 günlük müharibənin təcrübəsi də göstərdi ki, cənab prezidentin şəxsən dünyanın aparıcı media orqanları vasitəsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə təqdim etməsi və prezidentin tezislərini əsas tutaraq disapora təşkilatları tərəfindən aparılan təbliğat, xüsusiələ sosial medianın gücündən istifadə edərək onun yaratdığı təbliğat işləri çox təqdirəlayiqdir. Amma yenə də qarşımızda böyük işlər durur. Gördüyümüz kimi erməni təbliğatı da dayanmır. Erməni lobbisi ölkəmizə qarşı yalan və iftira yağdırmaqda davam edir. Cənab prezident tərəfindən bizim qarşımızda bununla bağlı yeni vəzifələr qoyulub”-deyə H. Hacıyev vurğulayıb.

Əvvəlki məqalə

“Qurultayın Şuşada keçirilməsinin rəmzi mənası var” –

Sonrakı məqalə

“Gənclərimiz Vətən uğrunda bilərəkdən ölümə gedirdilər” –