Biləsuvar rayonuna yeni prokuror təyin edilib

Ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.

Bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.

Ramin Nəğdəliyev daha öncə Binəqədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. Camal Bağırov Balakən rayonun prokuroru təyin olunub.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.