Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib, əri polisə təslim olub

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1999-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Əlillinin həyat yoldaşı 1997-ci il təvəllüdlü Anar Məmiyev polisə gələrək könüllü təslim olub. Həmin şəxs saxlanılıb. Araşdırılmalar aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.