Bir həftədən sonra Naxçıvanda imtahanlar keçiriləcək

“Gələn həftə üçün imtahanların cədvəli açıqlanıb. Növbəti həftə isə gələn həftənin ortalarında elan olunacaq”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bir həftədən sonra Naxçıvanda mütləq imtahan keçiriləcək: “Heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik, həll olunan kimi orada imtahan keçirəcəyik. Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirməyi nəzərdə tutmuşuq. Vəziyyət hər gün dəyişir, ola bilsin hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İmtahanlar üçün buraxılış vərəqəsini bu gündən çap etmək mümkündür”

Sonrakı məqalə

DMX-dən sərt karantin rejimi ilə bağlı ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə