“Birliyimiz Qarabağ ətrafında daha da möhkəmləndi” –HÜLUSİ AKAR

Azərbaycanlı qardaşlarımızla əməkdaşlığımızı davam etdiririk”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Azərbaycanın Qarabağda qazandığı 44 günlük Zəfərinin əhəmiyyəti çox böyükdür.

“Birlik və bərabərliyimiz Qarabağ ətrafında daha da möhkəmləndi. Bunu hər kəs gördü. Türkün gücü, türkün yumruğu erməninin başına dəydi. 30 ildən çoxdur davam edən işğal, zülm sona çatdı. Qarabağda qazanılan Qələbə tarixə qızıl hərflərlə yazılacaq. Türkiyə və Azərbaycan orduları hər zaman hər yerdə bərabər çalışa bilməlidir. Bunun üçün yüksək templə hazırlıqlarımızı görürük”, – deyə H. Akar vurğulayıb. (APA)

“Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”-deyəmilli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, – deyə türkiyəli nazir vurğulayıb.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcərdəki birliklərə yeni tapşırıqlar verdi –

Sonrakı məqalə

“Qan laxtalanması “AstraZeneca”nın çox nadir yan təsiridir” –