Borca görə axtarışda olan 31 nəfər saxlanılıb

İyunun 22-də və 23-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Əvvəlki məqalə

Bakıda axtarışda olan şəxs silahlı müqavimət göstərib –

Sonrakı məqalə

Daşkəsəndə ər arvadını balta ilə öldürüb