Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib. Azpost.info bildirir ki,  Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin  qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Milli Məclisə seçkilərdə aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb: 1.1. Səlahiyyətli nümayəndələr: Cavid Cabbar oğlu İsmayıl Oqtay Yusif oğlu Qasımov Qasım Rza oğlu Şeyxov Leyla İbrahim qızı Musayeva Namiq Ziyadxan oğlu Göyüşov Elşən Zöhrab oğlu Orucov Fariz Mehdi oğlu Quliyev Fazil Xalıq oğlu Kərimov 1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə: İlqar Qəzənfər oğlu Mustafayev Kərim Məmməd Həsən oğlu Kərimov