Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası mütləq çoxluğu qazanaraq 650 yerdən 368 yeri əldə edib. Trend-in məlumatına görə, bu barədə "exit poll"un yaydığı məlumatda deyilir. Leyboristlər Partiyası 191 yer qazanıb, üçüncü yerdə - Şotlandiya Milli Partiyasıdır (55 mandat). Beləliklə, ilkin məlumatlara görə hakim Mühafizəkarlar Partiyası müstəqil şəkildə hökumət qura biləcək.