Bu gün intihar edən hakim gunorta işdə olub

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

Azpost.info “Qafqazinfo”ya istinadən bildirir ki, Rahib Salmanov bu gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.

Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən  Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Əvvəlki məqalə

“Kirayə mənzildə həmin xanımla birgə olub…Ziyarətə getməyib” –

Sonrakı məqalə

Sabah dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq