Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28690 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki,  əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib. Doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır. Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.