Bu il ilk dəfə bankların xarici valyuta alışı satışını üstələyib- Mərkəzi Bank

Bu ilin yanvar-sentyabr aylarında valyuta bazarının nağd və nağdsız seqmentində əməliyyatların həcmi azalıb.

Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na görə, 9 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 6,1 faiz azalaraq 35,7 milyard ABŞ dolları ekvivalentidə olub. Nağdsız valyuta əməliyyatlarının 79 faizi ABŞ dollarında, 21 faizi isə digər valyutalarda aparılıb.

Valyuta əməliyyatlarının 20,1 faizi banklararası valyuta bazarında (BVB), 79,9 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29,2 faiz azalaraq 2,8 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 83,6 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

Son illər ərzində ilk dəfə 9 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.

Əvvəlki məqalə

De Byazi AFFA-nın fövqəladə iclasını erkən tərk edib

Sonrakı məqalə

AFFA Canni De Byazini istefaya göndərdi