Bu tarixdə bütün müavinət və təqaüdlər ödəniləcək

Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Azpost.info-ya bildirilib.

Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Əvvəlki məqalə

Yanvarda məcburi dövlət sığorta haqlarında artım qeydə alınıb

Sonrakı məqalə

Yeni Kaledoniyada Fransaya qarşı aksiyada yenidən Azərbaycan bayrağı qaldırılıb