Büdcə gəlirlərinin 34,7 faizi hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin edilib

Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, xərcləri isə 17 milyard 620,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 146,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,6 faizinə bərabər olub.

Daxilolmaların 34,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,3 faizi əlavə dəyər vergisi, 5,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,2 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 22,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Əvvəlki məqalə

Azərbaycan Premyer Liqası:

Sonrakı məqalə

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub