“Bütün mina xəritələrini təhvil vermək lazımdır” –ABŞ dövlət katibinin köməkçisi

“Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə F.Riker bu hadisəni faciə adlandırıb: “İnsanların mina partlaması nəticəsində həyatını itirməsi faciədir. Hesab edirik ki, bütün xəritələri təhvil vermək lazımdır. Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım göstərə bilərik”.

F.Riker Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığını bildirib: “Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir”.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün məhkəməsinin vaxtı məlum olub

Sonrakı məqalə

“Jurnalistlərin binası”nda 3 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq ölüb