Cəlilabadda itkin düşmüş qadın tapılıb

Üç gün əvvəl itkin düşmüş Cəlilabad rayon Ləzran kənd sakini 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı tapılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın üç övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ş. Kərimova martın 23-ü axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı.

*******

Cəlilabad rayon Ləzran kənd sakini itkin düşüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Ş.Kərimovanın əlamətləri: boyu 152 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) məlumat vermələri xahiş olunur(azərtac).

Əvvəlki məqalə

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

Sonrakı məqalə

“Ermənistanla münasibətlərdə mürəkkəb dövr yaşayırıq”