Dekabrın 22-də Özbəkistanın Ali Məclisinin (parlamentin aşağı palatası) Qanunvericilik Palatasına seçkilər keçirilib. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və və qrupun üzvü Cavanşir Paşazadə seçkiləri müşahidə ediblər. Cavanşir Paşazadə Modern.az-a açıqlamasında bildirib ki, seçkilər tam olaraq şəffaf keçib: “Seçkiləri müşahidə edərkən maraqlı məqam diqqətimizi çəkdi. İnsanlar seçkilərə böyük həvəslə gəlirdilər. Heç bir qanun pozuntusuna rast gəlmədik”. Cavanşir Paşazadənin sözlərinə görə, hər məntəqədə maraqlı hal yaşanırdı: “Həmçinin hər seçki məntəqəsində Özbəkistanın milli süfrəsi açılmışdı. Seçkilərə gələnlər süfrədəki təamlardan da dadırdılar. Bu da insanların seçki əhval-ruhiyyəsini bir az da artırırdı”.   Qeyd edək ki, seçkilər majoritar sistemə uyğun keçirilib, 50 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.