Çexiya Rusiya dövlət təşkilatlarına məxsus yeni daşınmaz əmlakların “dondurulması” imkanını nəzərdən keçirir.
Azpost.info xəbər verir ki, Çexiya Maliyyə və Analitik Bürosunun noyabrın 15-də məhdudiyyətlər tətbiq etdiyi digər binalarla birlikdə onlar da sanksiyalara məruz qala bilərlər.
Hazırda qurum Rusiyanın dövlət qurumlarına məxsus mehmanxanalarda yoxlama aparır. Məlumatlara görə, Tatarıstanın “Svyazinvestneftexim” şirkəti və dövlətə məxsus “Tibbi mərkəz” şirkəti ilə əlaqələndirilən Karlovı Varıdakı “Ulrika” və “Moskevski dvur” otelləri Çexiya hakimiyyətinin sanksiyalarına məruz qala bilər.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Çexiyanın sanksiyalarına simmetrik cavab verə bilər. Onun sözlərinə görə, bu məqsədlə Rusiya ərazisində Çexiyanın hansı mülkiyyətinin mövcud olduğu təhlil ediləcək.
Azpost.info