Ceyhun Bayramov Kahramanmaraşa yola düşüb

11 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

XİN-dən bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Əvvəlki məqalə

Ermənistan Türkiyəyə humanitar yardım göndərib

Sonrakı məqalə

Azərbaycanlı xilasedicilər 105 saatdan sonra yeniyetməni xilas edib