Çin Rusiyanı birgə mübarizəyə çağırdı - Lavrov “Pekinlə işləməyə hazırıq” dedi

“Çin və Rusiya birgə regional inkişafa yardım etməli və saxta beynəlxalq nizama qarşı durmalıdır”.

Azpost.info xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İnin rusiyalı həmkarı Sergey Lavrovla Pnompendə danışıqlarının yekunu üzrə bəyanatında deyilir.

“Çin və Rusiya regional inkişafı birgə təşviq etməli, həmçinin sabit və etibarlı regional istehsal tədarük zəncirini qurmalı, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan həqiqi nizama riayət etməli və saxta nizama qarşı durmalıdır”, – Van İ bildirib.

Onun sözlərinə görə, Çin Rusiya ilə səhiyyə, rabitə, rəqəmsal iqtisadiyyat, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahələrində əməkdaşlığın miqyasını artıracaq, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü layihələrinin inteqrasiyasını təşviq edəcək. Eyni zamanda Avrasiya İqtisadi İttifaqı, Böyük Avrasiya Tərəfdaşlığının məqsədlərinə uyğun olaraq əlaqələri gücləndirmək.

Rusiya xarici işlər naziri Sergey Lavrov öz növbəsində qeyd edib ki, ABŞ-ın hegemon siyasəti beynəlxalq ictimaiyyətin konsensusuna ziddir və uğursuzluğa məhkumdur.

“Rusiya beynəlxalq hüququn və BMT Nizamnaməsinin məqsəd və prinsiplərini birgə müdafiə etmək üçün Çinlə işləməyə hazırdır”, – Lavrov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Şəhidlərə görə Şuşada muğam müsabiqəsinin qala konserti təxirə salındı

Sonrakı məqalə

Babadağ ərazisində itkin düşən şəxslərdən birinin meyiti tapılıb