Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Martın 20-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Goranboyda içində 230 qoyun olan fermanı yandıran şəxslər saxlanılıb –

Sonrakı məqalə

Novruzda doğulan xalqın şairi –