Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Martın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 183, o cümlədən borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Əvvəlki məqalə

“Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir” –

Sonrakı məqalə

Nəbzin səbəbsiz artması ürəkdə problemi göstərir –