Çində Azərbaycan Ticarət Evi açılacaq

Azərbaycan Çin Xalq Respublikasında fəaliyyət göstərən ticarət evlərinin sayını artırır.

Trend bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

“Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Çinin bu şəhərində ilk Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Tsindao, Kançatsie, Sian, Çendu və Pekin kimi şəhərlərində ticarət evləri, həmçinin Şanxay, Harbin, Tsinan və Uhanda 4 ticarət obyekti fəaliyyət göstərir.

Bundan başqa, Urumçi və Şanxayda Azərbaycan məhsullarının satıldığı üç şərab ticarəti evi fəaliyyət göstərir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.