Hollivudun iki kino ulduzu “Yalquzaqlar” adlanan yeni flmdə birlikdə çəkiliblər. Lakin bu dəfə onlar öz qorxulu silahlarını çarəsizcəsinə ölçən, gülməli vəziyyətlərə düşən obrazlardır. Bu yeni ekran əsərində baş rolları Bred Pitt və Corc Kluni ifa edir. Film kriminal komediya janrında çəkilib.
Sentyabrın sonunda “Apple streaming” – də yayımlanacaq ulduzlarla dolu, həm də kriminal dostlardan bəhs edən komediya trillerin ilk nümayişi Venesiya şəhərində baş tutub.
Corc Kluni ilə Bred Pitt – rəqabət aparan və qərar qəbul edənlərlə birlikdə işləmək məcburiyyətində olanlardır. Tərəfdaşlar “Hörümçək Adam”-ın müəllifinin kamera baxışında çılpaq, qabarıq xarizmaları ilə parlayırlar.
Nyu York dairəsinin vəkili özünün bahalı otel otağında alt paltarında yıxılıb qalan gənc oğlanın cansız bədənini tapır. Belə məlum olur ki, guya vəkil onunla təsadüf nəticəsində aşağı mərtəbədəki bir barda rastlaşıb. Vəkilin sözlərinə görə bu oğlan çarpayıya elə həvəslə tullanıb ki, yıxılıb başını şüşə masaya çırpıb. Prokuror sonra titrəyən əlləri ilə haradansa ona ötürülən özünə inamlı, nəcib və boz saçlı, mədəni, elit detektivin nömrəsini yığır, yəni Corc Kluninin qəhrəmanını. Lakin bu vaxt qapı döyülür və ədəb-ərkanla, hətta bir az da Kluninin obrazına bənzəyən və onun kimi geyinən bir kişi (Bred Pitt) içəri girir. Bu adam bildirir ki, otel çoxdan işləyir, həm də bütün otaqlar, koridorlar kameralarla təchiz olunub. Elə buna görə qətllə bağlı qalmaqallara ehtiyac duymayan, təşvişə düşmüş sahibə Bred Pittin obrazını, yəni öz fiksatorunu çağırmalı olub.
“Yalquzaqlar”-ın bəlkə də önəmli hissəsi və ümumiyyətlə yeganə zarafatı, filmin qəhrəmanları Kluninin, Pittin özlərini heç kimə təqdim etməməsidir. Sanki bunu da etmək onların ağlına gəlmir və film boyu bu qəhrəmanlar anonim olaraq qalırlar.
Filmdəki obrazlar dayanmadan mübahisə edirlər, ağıllı görünməyə çalışırlar. Lakin hər ikisi öz keyfiyyətlərini ölçürlər, ancaq tək qalanda dəyişirlər. Bu məqamda isə hər ikisi metaforik mənada arzuladıqları məsum xoşbəxtlikdən keçirlər. Aktyorlar ustalıqla oynadıqları obrazların dilləri ilə məna, məqsəd və kimlik sualının cavabını tapmağa çalışırlar və süjetin dinamikasını dəyişib başqalaşan an kişilik fəzilətlərinə qovuşurlar. Əsl reallıqda isə onların ikisi də tənhadır. Hər ikisi tək işləyir, hər ikisi kimsəyə güvənmir. Elə buna görə də Corc Kluninin və Bred Pittin obrazları işlərində ən xırda təfərrüatlara qədər yoxlanılmış, sınaqdan çıxarılmış davranış qaydalarına əməl edirlər.
“Yalquzaqlar” metaforadır, reallığı çılpaq göstərən iki insanın həyat hekayəsidir.
Filmin ardıcıllığı bəzən bilərəkdən qırılır, ancaq bu tamaşaçının cavab axtarmasına mane olmur. Əksinə, tamaşaçılar da daxil olmaqla hər kəsə aydın olur ki, onlar adi bənzər adamlar yox, hətta doğma əkizlər kimi oxşardırlar.
Onların hətta qiymətli ticarət sirləri belə eynidir. Onların dərziləri, üstəlik də daimi müştəriləri olduğu silah satıcıları da eyni adamlardır. Qəhrəmanların düşmənləri və tərəfdaşları, çox güman ki, telefonlarının parolları belə eynidir. Aktyor Bred Pittin rolu nəzərəçarpacaq dərəcədə, nisbətən cavan görünsə də, əslində onların bədən sümükləri belə eyni səslə xırçıldayır. Belə çıxır ki, bu iki qəribə və peşəkar adam, ilk baxışdan fərqli düşüncəli olsalar da sanki bir-biriləri üçün yaranıblar. Lakin davam edən qarmaqarışıqlıq çox getmir və film boyu yavaş-yavaş sökülməyə başlayır.
Və hönkür-hönkür ağlayanların səsləri, şirin zarafatlı gülüşlər eşidilir, ardınca da göz qarşısında amansızcasına çiçəkləyən, ya da ümidi öləziməyən məkan çərçivəsində solğun talelərin kino dili ilə təsviri.
Filmin lap əvvəlindən anlaşılmayan və bir az da mücərrəd təsir bağışlayan doğma – yad şəxslərin intriqası isə dayanmır.
Ulduz aktyorlar Corc Kluni ilə Bred Pittin rol aldığı bu filmdə ilk baxışdan cavabsız görünən, lakin hamısının konkret cavabı olan çoxlu suallar var. “Belə bədənlə nə etmək lazımdır? Bəlkə elə prokuror yalan deyir? Niyə otaqda bir neçə briket heroin olan bel çantası tapılmalıdır? Nəyə görə bütün bunları alban, xorv at qanqsterləri ilə əlaqələndirirlər? Axı nəyə görə?” kimi suallara cavab axtaranda qəfil ortalıqda o görünür: – belə situasiyalarda üzə çıxan rəssam Zlatko Buric. Və göz qırpımındaca hər şey adi janr cəfəngiyyatına çevrilir.
Beləliklə absurd atışmalar səhnələri, həm də baş verən gülünc təsadü ər bu filmin qəhrəmanlarına bir-birilərinə nə isə izah etməyə mane olmur, süjet bükülmələrini eşələyib heçə dirənməklə asanlıqla başa düşülən həqiqəti də ortaya çıxara bilirlər, amma mahiyyəti anlamırlar. Mənasız işlə məşğul olan iki şəxsin qəhrəman olmaq şansları yoxdur, çünki müəmmalı qətl baş versə belə, yenə də əhəmiyyətsizdir.
Ancaq bu həm də işdir, bir saat yarımlıq təklifdir. Hətta onlar burada olduğu kimi tənbəl, nazlı rejimdə işləsələr belə imtina etmək çətindir. Onlar hər gecə Nyu-York şəhərində, “İşdən sonra” filminə yazılmış, amma bu ekran əsərində də şəffaf istinad ilə səsləndirilən gözəl musiqinin sədaları altında səyahət edirlər. Lakin heç vaxt öz soyuqqanlılıqlarını itirmirlər. Bir dəfə çox təhlükəli sayılsa da Balkan toyu rəqsində də iştirak edirlər. Toyda onların vəhşiliyi, gülünc xisləti, yəni bu toy səhnəsi filmdə ən gülməli süjetdir. İki oxşar xarizmanın yoldaşlıq görüşü ilə döyüş heç-heçə, bir sitatla başa çatır.
Sonda məlum olur ki, səbəb başqadır və Hollivud ulduzlarının qəhrəmanları oxşar adamlar olduğundan təkrarçılıqla məşğul olurlar. Çünki iki kişi öz qüvvəsini qənaət etməyə məcburdur.
Hər iki aktyorun obrazları mahiyyətcə bir abstrakt aləmdən adlamaqla yaşadıqları reallığa yenidən dönürlər və anlayırlar ki, onlar burada öz yollarını azıblar. Beləliklə də baş verənlərə adi yanaşma formalaşır. Onlar missiyanı yarımçıq qoymalıdırlar və yeni yaranışa tam tabe olmalıdır, mənasız nə isə baş verir, bu isə dəyərli vaxt itkisi deməkdir. Nəhayət anlayırlar ki, hər ikisi dayanmadan mübahisə edə-edə batində dərkə nail olublar. Yanılmaqdan qorxan iki adam geri çəkilməyə qərar verir. Və bu filmdəki həmin ironiya cəmiyyəti tanıyan müdrikin gülüşünə bənzəyir.
Amerikalı kino tənqidçilərinin bəziləri bu filmdə Bred Pittin yaratdığı obrazı daha çox bəyənib təqdir etsələr də, digər kino biliciləri Corc Kluninin “Yalquzaqlar”-da canlandırdığı obrazı onun karyerası boyu aktyor kimi canlandırdığı ən yaxşı rolları sırasında olduğunu vurğulayıblar.
Oqtay Qorçu