Dəniz Baykal 84 yaşında vəfat edib- Kılıçdaroğludan AÇIQLAMA

Türkiyə Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Dəniz Baykal 84 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə CHP sədri Kamal Kılıçdaroğlu məlumat verib.

“Başqanımız, Türkiyə və Cümhuriyyət Xalq Partiyasının sevdalısı, Antalya millət vəkilimiz, dəyərli ağsaqqalımız Dəniz Baykalın vəfatını böyük kədər hissi ilə öyrəndim. O, bizə mübarizələrlə dolu bir həyat hekayəsi qoyub getdi. Millətimizə başsağlığı veririk”, – Kılıçdaroğlu deyib.

Dəniz Baykalın qızı Aslı Baykal bildirib ki, atası bu gün səhər saatlarında dünyasını dəyişib. Onun sözlərinə görə,  Baykalın gələn həftənin ikinci günü Antalyada dəfn edilməsi planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

Sabah qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Sonrakı məqalə

Ermənistan Türkiyəyə humanitar yardım göndərib