“”Dantenin yubleyi”ni “anektod”a döndəriblər, baxdım qəzəbləndim” –Anardan "Azdrama"ya etiraz

“Dantenin yubileyi” əsərimi Dövlət Dram Teatrında qoydular, məni qəzəbləndirən bir tamaşa oldu. Getdim, baxdım, gördüm psixoloji əsəri “anekdot”a döndəriblər. Dedim mənim adımı oradan çıxardın, nə premyeraya, nə də başqa heç bir tamaşaya gəlməyəcəyəm!”

Azpost.info bildirir ki, bu sözləri xalq yazıçısı, AYB-nın sədri Anar “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.

O, yeni quruluşda əsərin məzmununun itdiyini bildirib. “Dedim ki, heç olmasa “Dantenin yubileyi”ni TV kanallarında göstərsinlər, camaat görsün, əsərin məzmunu budur. Gedib baxsanız, görərsiniz ki, tamaşa versiyasında o əsərdən əsər-əlamət qalmayıb”.

Anarın sözlərinə görə, rejissor əvvəlcə Rus Dram Teatrında da “Telefon” hekayəsini tamaşaya qoyub: “Gedib baxdım, yaxşı idi, özünü də təbrik elədim. Sonra gəldi ki, mən “Dantenin yubileyi”ni tamaşaya qoymaq istəyirəm. Dedim axı bu, povestdir, pyes deyil. Bildirdi ki, yox, mən istəyirəm bunu özüm səhnələşdirəm. Dedim onda göstər mənə. Tamaşaya getdim, baxdım, gördüm bilirsən necə eləyib. Özü də deyir qroteskdir. Deyirəm qrotesk ayrı janrdır axı, psixoloji əsəri sən “kapustik” eləmisən. Afişa da beləydi: Anar, “Dantenin yubileyi”. Dedim mənim adımı çıxarın, adım olmasın! Sonra yazdılar: “Dantenin yubileyi”, Anarın povesti əsasında. Deyirlər rejissor çox istedadlı oğlandır. Dedim çox sağ olsun, bəlkə də lap dahiyanə tamaşadır, amma mənim əsərim deyil”.

Əvvəlki məqalə

İlon Mask Putinin nüvə silahı ilə bağlı mövqeyini düzgün sayıb

Sonrakı məqalə

DİN-in Baş Pasport Qeydiyyat İdarəsinə rəis təyin edilib