DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb

16 Aprel 2021 - 12:51

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, imtahanlar Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində təşkil olunub.