DİM test imtahanı verəcək dövlət qulluqçularına müraciət edib

BB vəzifə qrupuna aid inzibati icraçı vəzifələr üzrə sentyabrın 11-də kağız daşıyıcılar vasitəsilə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Sentyabrın 11-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (“8 Noyabr” metrostansiyasının yanı) ünvanında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar.

Əvvəlki məqalə

Zelenski və Makron Ukraynaya hərbi dəstəyi müzakirə edib

Sonrakı məqalə

Reabilitasiya Mərkəzinin direktoru və işçiləri barəsində ev dustaqlığı seçilib