Dolların bu günə olan rəsmi məzənnəsi

11 Avqust 2020 - 09:44

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

2020-ci ilin avqustun 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 1,9979 manata, 1 türk lirəsi isə 0,2326 manata, Rusiya rublu  0,0231 manata enib.