Dörd tələbənin cənazəsi Azərbaycana gətirilir

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Azpost.info bildirir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.

A.Hacızadə qeyd edib ki, cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub: “Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək”.

XİN rəsmisi bir daha azərbaycanlı tələbələrin ailələrinə səbir diləyib.

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan dünənədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Əvvəlki məqalə

Yeni Zelandiya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

Dövlət başçısı prezident Aleksandar Vuçiçi təbrik edib