İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazlarının monitorinqini keçirir.
Azpost.info bildirir ki, bununla bağlı Dövlət Xidməti özəl tibb müəssisələrində yoxlamalara başlayıb.
Monitorinqin məqsədi istifadə olunan tibbi cihaz və avadanlıqların metroloji norma və qaydalara uyğunluğunun təmin edilməsidir. “Bu istiqamətdə zəruri tədbirlərin görülməsinə başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”-deyə açıqlamada bildirilir.