Dubay-Mahaçqala təyyarəsi güclü dumana görə Bakıya enib

“flyDubai” aviaşirkətinə məxsus Dubay-Mahaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

“Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Sərnişinlər və heyət hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.

Əvvəlki məqalə

Ancelina Coli dünyanı Türkiyə və Suriyaya yardım etməyə çağırıb

Sonrakı məqalə

“Yayılan videoların həqiqi olub-olmaması araşdırılır” –