“Duma Rusiyanın Boloniya sistemindən çıxmasını dəstəkləyir” –Volodin

“Dövlət Dumasının bütün fraksiyaları Rusiyanın Boloniya təhsil sistemindən çıxmasını dəstəkləyir”.

Azpost.info xəbər verir ki, bunu bugünkü plenar iclasda Rusiya Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

 

Volodinin fikrincə, Rusiyanın Boloniya təhsil sistemindən imtinası məsələsinə tez bir zamanda baxmaq lazımdır: “Bildiyimə görə, bütün fraksiyalar Elm və təhsil nazirinin mövqeyini dəstəkləyir. Hamı başa düşür ki, Boloniya sistemindən çıxmaq lazımdır”. Volodin müzakirələrə Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkovu da çağırmağı təklif edib.

 

Azpost.info

Əvvəlki məqalə

“Bizdə qazın qiyməti heç nədir” –

Sonrakı məqalə

Putin Zaporojye və Xerson sakinləri üçün Rusiya vətəndaşlığının verilməsini asanlaşdırdı