Pandemiya, yağış və quraq, heyvandarlığa birbaşa təsir edən virus xəstəlikləri və dolların zəifləməsi fonunda tədarük zəncirlərinin kəsilməsi səbəbindən dünya ərzaq böhranı təhlükəsi ilə üzləşə bilər.
“APA-Economics”in məlumatına görə, bu barədə CBNC xəbər verir.
BMT-nin məlumatlarına görə, avqustda ərzaq məhsullarının qiymətləri fevraldan bəri maksimuma çataraq üçüncü ay ardıcıl olaraq artıb.
Çində avqust ayında ərzaq məhsullarının qiymətləri ötən ilin avqust ayı ilə müqayisədə 11%-dən çox artıb. Bunun səbəbi Çində heyvanların sayını azaldan donuzların Afrika taunu olub. İsti və yağışlı hava səbəbindən Çində tərəvəz 6,4%, yumurta isə 11,3% bahalaşıb.
Pandemiya zamanı fermerlər və kiçik biznes müəssisələri tez xarab olan malları sata bilməyib. Koronavirus eyni zamanda gübrə və toxum tədarükünə da zərbə vurub, həmçinin məhsul yığımını vaxtında təmin edən işçi qüvvənin mövsümi axınını məhdudlaşdırıb.
Dolların zəifləməsi də qida təhlükəsizliyi üçün bir təhdiddir. Belə ki, ərzaq məhsullarının hazırlanmasında istifadə olunan xammalın dəyəri dollarla təyin edilir. (APA)