Dünya bazarında günəbaxan yağının 1 tonu neçəyədir? –QİYMƏTLƏR

Dünya bazarında günəbaxan yağının 1 tonu 1068 dollara satılır.

Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir.

İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Hesabatda qeyd olunur ki, günəbaxan yağının qiymətində qeyri-müəyyənlik müşahidə olunur. Sentyabr ayında günəbaxan yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən 1.9% artaraq 1068 ABŞ dolları səviyyəsinə yüksəlib.

2024-cü ilin sentyabr ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 0.9%, İspaniya bazarında 3.8% artaraq müvafiq olaraq 10141 ABŞ dolları, 8197 ABŞ dolları səviyyəsində qərarlaşıb. Yunanıstan bazarında isə 6.8% azalaraq 7575 ABŞ dolları səviyyəsinə enib.

Azpost.info

 

Əvvəlki məqalə

HƏMAS Avropa ölkələrini İsrailin təcavüzünə son qoymağa çağırıb

Sonrakı məqalə

600 bal toplamış gənclər Müdafiə Universitetində hərbi xidmətə başlayıb