Dünya üzrə koronavirusa yoluxanların sayı 135 milyonu ötdü –ÜST

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 747 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, ötən sutka ərzində 747 min 219 nəfər yeni koronavirusa yoluxub, 13 min 556 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 135 milyon 290 min 568, ölənlər isə 2 milyon 927 min 764 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (31,8 milyon), Braziliya (13,3 milyon), Hindistan (13,3 milyon), Fransa (4,9 milyon) və Rusiyada (4,6 milyon) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müdafiə sənayesi Türkiyə ilə tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir” –

Sonrakı məqalə

Samuxda nişan məclisinin və yas mərasiminin iştirakçıları cərimələnib