Dünyada koronavirusa yoluxanların sayı 561 mindən çox artıb –

ÜST
05 Aprel 2021 - 23:28

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatı xəbər verir ki, ötən sutka ərzində 561 min 783 nəfər yeni koronavirusa yoluxub, 8 min 196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 milyon 20 min 967, ölənlər isə 2 milyon 850 min 521 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (31,4 milyon), Braziliya (12,9 milyon) və Hindistanda (12,6 milyon) qeydə alınıb.