“CİES Football Observatory” Araşdırma Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinq siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, “böyük beşlik” (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) ölkələrində çıxış edən ən bahalı 100 futbolçunun yer aldığı cədvələ yenə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi səbəbindən onun qiyməti 259,2 milyon avroya düşüb. İlk “üçlük”dəki digər iki oyunçu İngiltərə yığmasının üzvləridir. “Mançester Siti”li Rahim Sterlinq 2-ci, Dortmund “Borussiya”sının oyunçusu Ceydon Sanço isə 3-cü sırada yer alır.
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi 100,1 milyon avro ilə siyahıda 22-ci yerə enib. “Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 70-ci pilləyə yuvarlanıb. Transfer dəyəri 62,8 milyon avro olan 35 yaşlı Ronaldo “100-lüy”ün ən yaşlı futbolçusudur. Ən bahalı qapıçı Ederson Moraeş (“Mançester Siti”), mərkəz müdafiəçisi Matteys de Liqt (“Yuventus”), cinah müdafiəçisi Trent Aleksandr-Arnold (“Liverpul”) müdafiəyəmeyilli yarımmüdafiəçi Bruno Fernandeş (“Mançester Yunayted”), orta sahə oyunçusu Frenki de Yonq (“Barselona”), hücumçu isə Kilian Mbappe (PSJ) göstərilib. Ümumilikdə ilk “10-luq”da 5 ingilis futbolçu var. İlk “20-lik”: 1. Kilian Mbappe (PSJ, Fransa) – 259,2 milyon avro 2. Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) – 194,7 milyon 3. Ceydon Sanço (“Borussiya” Dortmund, İngiltərə) – 179,1 milyon 4. Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə) – 171,1 milyon 5. Markus Reşford (“Mançester Yunayted”, İngiltərə) – 152,3 milyon 6. Məhəmməd Salah (“Liverpul”, Misir) – 144,9 milyon 7. Sadio Mane (“Liverpul”, Seneqal) – 139,2 milyon 8. Antuan Qrizmann (“Barselona”, Fransa) – 136,4 milyon 9. Alfonso Devis (“Bavariya”, Kanada) – 133,5 milyon 10. Harri Keyn (“Tottenhem”, İngiltərə) – 118,7 milyon 11. Roberto Firmino (“Liverpul”, Braziliya) – 118,5 milyon 12. Bernardo Silva (“Mançester Siti”, Portuqaliya) – 115,0 milyon 13. Qabriel Jezuş (“Mançester Siti”, Braziliya) – 113,1 milyon 14. Joao Feliks (“Atletiko”, Portuqaliya) – 107,9 milyon 15. Erlinq Haland (“Borussiya” Dortmund, Norveç) – 107,3 milyon 16. Serje Qnabri (“Bavariya”, Almaniya) – 106,8 milyon 17. Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya) – 104,9 milyon 18. Matteys de Liqt (“Yuventus”, Niderland) – 104,7 milyon 19. Meyson Mount (“Çelsi”, İngiltərə) – 102,5 milyon 20. Frenki de Yonq (“Barselona”, Niderland) – 102,1 milyon.