Dünyanın ən uzunboylu və qısaboylu iki adamı görüşüb- FOTO

Dünyanın ən uzunboylu adamı olan türkiyəli Sultan Kösen bazar ertəsi ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində hazırda dünyanın ən qısaboylu qadını olan hindistanlı Cyoti Amge ilə görüşüb.

Kösenin boyu 2,51 metr, Amgeninki isə 62,8 santimetrdir. “Qulliver” filmindəki səhnəni xatırladan səhər yeməyindən sonra onlar xatirə şəkli çəkdiriblər.

Türkiyənin cənub-şərqindəki Mardin vilayətindən olan Kösen hindistanlı Amge ilə birlikdə amerikalı prodüserin dəvəti ilə təşkil edilən tədbirdə iştirak etmək üçün Los-Ancelesə gedəcək və orada keçirilən görüşlər lentə alınacaq.

İkili ilk dəfə 2018-ci ildə Misirin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Qahirədə görüşüb və Giza piramidalarını ziyarət ediblər(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.