Düşmən Azərbaycanın bank müştərilərini hədəfə alan təxribata əl atıb –XƏBƏRDARLIQ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.

Nazirlikdən bildirilib ki, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə xidmətə müraciət etmələrini xahiş edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dualarımız sizinlədir” –

Sonrakı məqalə

DTX-nın rəisi Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi ilə görüşdü