DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə paytaxta havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

“Həftənin şənbə və bazar günləri, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərdən əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”, – deyə məlumatda vurğulanıb.

Əvvəlki məqalə

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

Sonrakı məqalə

Yer kürəsində güclü maqnit qasırğası başlayıb