DYP sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub.

“Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub.

Anlayış göstərdiyinizə görə əvvəlcədən təşəkkür edirik!”, – deyə İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli vurğulayıb.

Əvvəlki məqalə

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub

Sonrakı məqalə

On min üzvü olmayan siyasi partiya ləğv olunacaq