Əhməd Əhmədov Psixiatriya Xəstəxanasına köçürüləcək –QƏRAR

Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı müstəntiqin vəsatətinə, prokurorun təqdimatına baxılıb.

Bu gün Xətai rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Məhkəmə vəsatət və təqdimatı təmin edib, Əhməd Əhmədovun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi qərara alınıb.

Yaxın günlərdə Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına köçürüləcək və müşahidə altında saxlanılacaq. Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı rəy hazırlanacaq.

Əvvəlki məqalə

Xalq yazıçısı Mövlud Süleymаnlı Şamaxıda dəfn olunub

Sonrakı məqalə

Stoltenberqi bu şəxs əvəz edə bilər