Ekvador hüquq-mühafizə orqanları cinayətkarların İspaniyaya göndərməyi planlaşdırdıqları 2 tondan çox kokaini müsadirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə polisi X sosial hesabında məlumat yayıb.
“El-Oro limanında ixrac üçün malların olduğu konteynerə baxış zamanı İspaniyaya göndərilmək üzrə olan 1950 düzbucaqlı bağlamada kokain aşkar edilib”, – məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, müsadirə edilən yük “19 milyon doza narkotik”ə bərabərdir. Konteynerin yoxlanılması nəticəsində bir nəfər saxlanılıb.