Elçin Mirzəbəylinin “Anamın duası” adlı şeirlər kitabı təqdim olunub

Bu gün Azərbaycan Yazıçılar Birliyində Əməkdar jurnalist, şair, siyasi ekspert Elçin Mirzəbəylinin “Anamın duası” adlı şeirlər kitabı təqdim olunub.

Trend-in məlumatına görə, kitab Vətən mühariəsində tarixi Zəfərə həsr olunub və kitabda Şuşa, Qarabağla bağlı şeirlər öz əksni tapıb.

Təqdimat mərasimində millət vəkilləri, yazıçılar, bəstəkarlar və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid Elçin Mirzəbəylinin yaradıcılığı və fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Elçin Mirzəbəylinin çoxşaxəli fəaliyyəti var.

“Elçin Mirzəbəyli həm şair kimi, həm də siyasi ekspert kimi yorulmaz fəaliyyət gösərir. Kitabda vətənpərvərlik mövzusuna yer verilib və tarxi Zəfərimizin poeziya dilində xalqımıza və gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir”, – deyə o qeyd edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Elçin Mirzəbəyli müasir Azərbaycan poeziyasının ən səmimi qələmlərindən biridir.

“Onun şeirləri Azərbaycan xalqının ruhu qədər incə, vətənpərvər ruhda yazılıb. Azərbaycan xalqı uzun illərdir dua edir, lakin ən müqddəs dua ana duasıdır. Tarixi Zəfərimiz bu şeirlərdə vətənpərvər ruhda öz əksini tapır”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılır

Sonrakı məqalə

Mark Zukerberq Havay adasında yeraltı bunker inşa etdirir